“Julien's” hərrac evi “Apple” şirkətinin keçmiş rəhbəri Stiv Cobsa məxsus olduğu deyilən bir cüt qəhvəyi rəngli ayaqqabını satışa çıxarıb.
Sahibkarın ayaqqabını 1970-1980-ci illərdə geyindiyi bildirilir.
Sandalları Cobsun Kaliforniyadakı evinin aşpazı Mark Şeff zibil qutusundan götürüb.
“Apple” şirkətinin qurucusunun ayaqqabılarının hərrac yolu ilə 100 min dollardan baha qiymətə satılması planlaşdırılır. Lakin hələlik başlanğıc üçün 22,5 min dollar məbləğ göstərilib. Hərrac rəsmi olaraq cümə günü, noyabrın 11-də baş tutacaq.