Son illərdə Çinin Mərkəzi Asiya iqtisadiyyatında rolu kəskin şəkildə artıb.
Pekinin region ölkələri ilə ticarəti 20 il ərzində 25 dəfədən çox artaraq 2021-ci ildə 33,7 milyard dollar, Rusiyanın region dövlətləri ilə ticarəti isə 35,8 milyard dollar təşkil edib.
Eyni zamanda regionda Rusiya ilə rəqabətdə təkcə Çinin deyil, son zamanlarda Türkiyə, Hindistan və Cənubi Koreyanın da rolu artıb.
Bölgəyə yatırılan xarici sərmayələrin həcmi isə daha sürətlə artır, Qazaxıstan xarici şirkətlər və sahibkarların daha çox marağına səbəb olur.
Üçüncü ölkələrdən Mərkəzi Asiya regionuna edilmiş investisiyaların həcmi 211 milyard ABŞ dolları qiymətləndirilir, investisiyaların 70 faizindən çoxu Qazaxıstana (ölkəyə 151,9 milyard dollar cəlb edilib) yatırılıb.