ABŞ Prezidenti Cozef Bayden çinli həmkarı Si Cinpinlə görüşəcək.
“Fins.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat verib.
Bildirilib ki, görüş zamanı Bayden Çinlə Ukrayna və KXDR ətrafında vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə etmək niyyətindədir.