DÜNYA

10 Noyabr

LG uzana bilən yeni ekranını sərgiləyib

 LG Display uzana bilən yeni ekranın prototipini təqdim edib. Bu texnologiyanın əsas məqsədi geyimlərə, mebellərə və ya daşınıla bilən elektron cihazlara inteqrasiyası mümkün elastik ekranların yaradılmasıdır. Şirkət bu texnologiyanın işlək prototipini sərgiləyib və onunla bağlı gələcək planlarından danışıb. Beləliklə məlumatda qeyd edilib ki, işlək prototipin ölçüsü 12 düym təşkil edir. Lakin onun ölçüsünü 14 düymə kimi uzatmaq olar. Sözügedən ekran sözün əsl mənasında uzanma özəlliyinə sahibdir. Bunun üçün sadəcə olaraq ekranı iki əl ilə dartmaq lazımdır. LG qeyd edib ki, ekran piksellərinin sıxlıq göstəricisi 100 ppi təşkil edir.

LG daha öncə də müxtəlif növ elastiki ekran növlərini təqdim edib. Lakin buna bənzəri indiyənə kimi olmayıb. Bu cür uzana bilən ekran LG üçün yeni texnologiyadır. Fotodan da görmək olar ki, uzanan yeni elastiki ekran xüsusi lent üzərində yerləşdirilib. Həmin lentin tərkibini kontakt linzaların istehsalında istifadə edilən xüsusi material təşkil edir. Məhz həmin materialın hesabına ekranın bu cür elastikliyini əldə etmək mümkün olub. LG-nin verdiyi məlumata əsasən uzana bilən ekranları fövqəladə hallar üzrə xidmətlərin geyimlərində və müxtəlif növ daşınıla bilən elektron cihazlarda istifadə etmək olar. Qeyd etmək lazımdır ki, LG şirkəti elastiki ekranlar üzərində 2020-ci ildən çalışır.