Avrozonada inflyasiya oktyabr ayında yeni rekordlar qıraraq yüksəlməyə davam edib.
"Fins.az" xəbər verir ki, üçüncü rübdə region iqtisadiyyatının artımı da 0,2% azalıb. Artımın yavaşlaması tənəzzüllə bağlı narahatlıqları gücləndirib.
Avropa Statistika İdarəsinin məlumatlarına görə, Avrozonada inflyasiya oktyabr ayında illik 10,7% təşkil edib. Bu, 1997-ci ildən bəri ən yüksək səviyyədir.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesabına görə,10,3% təşkil edib. İnflyasiya da aylıq 1,2% proqnoza qarşı 1,5% artıb.