Moldova yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi istehsalı 28.1 milyard ley təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 18.3% azdır. Bu, bitkiçilik məhsullarının 23.5%, o cümlədən heyvandarlıq məhsullarının 5.9% azalması ilə əlaqədardır.
Statistika məlumatlarına görə, 1 milyon tona yaxın dənli və paxlalı bitkilər yığılıb - ötən illə müqayisədə 47% az.
Biçilmiş taxılın əsas hissəsini buğda - təxminən 828 min ton, arpa 131 min ton, paxlalılar 34 min ton təşkil edir.