Rusiyanın neft-qaz şirkətləri Azərbaycan və Türkmənistanda inkişaf üçün imkan əldə edə bilər.
Rusiyanın Sənayeçilər və Sahibkarlar İttifaqının İdarəetmə Bürosunun üzvü Vahid Ələkbərov belə hesab edir.
“Bu gün bizim üçün dost olan bütün ölkələr, o cümlədən, Azərbaycan və Türkmənistan öyrənilir, çünki bu bizim üçün “pəncərə” olacaq”, - o, ADIPEC çərçivəsində jurnalistlərə deyib.
Ələkbərovun sözlərinə görə, söhbət dəniz kəşfiyyat bloklarından gedir.
(c) İnterfax Azərbaycan