Fransa iqtisadiyyatı ilin üçüncü rübündə 0,2 faiz artımla zəif bir artım qeydə alıb.
Fins.az xarici mənbəyə istinadən xəbər verir ki, rəsmi statistika qurumu "INSEE"nin məlumatına görə, Fransada iqtisadiyyat iyul-sentyabr aylarında bazar gözləntilərinə uyğun olaraq, ev təsərrüfatlarının xərclərindəki durğunluq və oktyabr ayında inflyasiyanın kəskin artması səbəbindən 0,2 faiz artıb.
"Avrozona"dan fərqli olaraq, avqust və sentyabr aylarında ölkədə inflyasiya bir-birinin ardınca azalıb. Lakin oktyabr ayında istehlak qiymətləri artıb, ərzaq qiymətləri illik müqayisədə 11,8 faiz, enerji qiymətləri isə 19,2 faiz artıb.
İnflyasiya isə "AB" iqtisadiyyatları ilə paralel olaraq əvvəlki aya görə yüzdə 1,3 artaraq illik bazda yüzdə 7,1-ə yüksələrək yeni rekorda imza atıb.
Analitiklər "Avropa Mərkəzi Bankı"nın inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırması nəticəsində qiymət artımları, ixracda zəiflik və enerji təchizatı ilə bağlı risklərin yaxın aylarda "Avrozona"nın ikinci ən böyük iqtisadiyyatına təzyiq göstərəcəyini deyirlər.