Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi olan Walmart-ın sahibi Uolton (Walton) ailəsi dördüncü ildir ki, Bloomberg-in dünyanın ən varlı ailələri reytinqinə başçılıq edir. Hazırda ən bu ailənin sərvəti 224,5 milyard dollar qiymətləndirilir. Maraqlıdır ki, il ərzində Uoltonlar 13,7 milyard dollar kasıblaşıb.
"Fins.az" xəbər verir ki, ilk 10-luğa aşağıdakı ailələr daxildir:
- Walton, gəlirinə görə dünyanın ən böyük pərakəndə şəbəkəsi olan Walmartın sahibləri - 224,5 milyard dollar (il ərzində - 13,7 milyard dollar azalıb)
- Mars, qənnadı məmulatları və ev heyvanlarına qulluq məhsullarının istehsalçısı olan Marsın sahibləri - 160 milyard dollar (il ərzində + 18 milyard dollar);
- Koch, Amerikanın Koch Industrues neft-kimya korporasiyasının sahibləri - 124,4 milyard dollar (+ 4,4 milyard dollar);
- Al Saud (Əl Səud), Səudiyyə kral ailəsi - 105 milyard dollar (+ 5 milyard dollar)
- Erme, Fransanın Hermes moda evinin sahibləri - 94,6 milyard dollar (-17 milyard dollar);
- Ambani, Hindistanın Reliance Industries neft hasilatı və emalı holdinqinin sahibləri - 84,6 milyard dollar (-9,1 milyard dollar);
- Wertheimer, Chanel moda evinin sahibləri - 79 milyard dollar (+17,2 milyard dollar);
- Cargill, MacMillan, Cargill kənd təsərrüfatı şirkətinin sahibləri - 65,2 milyard dollar;
- Tompson, Reuters xəbər agentliyinin nəzarət paketinin sahibləri - 61,2 milyard dollar;
- Hoffmann, Oeri, İsveçrə əczaçılıq şirkəti Roche Holdinqin azlıq sahibləri — 45,1 milyard dollar.
Ümumilikdə Bloomberg reytinqinə 25 ailə daxildir. Ətraflı buradan tanış ola bilərsiniz.