DÜNYA

01 Avqust

Səudiyyə Ərəbistanı iqtisadiyyatında son 11 ilin rekord BÖYÜMƏSİ

Səudiyyə Ərəbistanı iqtisadiyyatı neft qiymətlərinin artması və hasilatın artması səbəbindən ilin ikinci rübündə son 11 ilin ən sürətli artımını qeyd edib.
"Fins.az" xəbər vetir ki, Səudiyyə Ərəbistanı ilin ikinci rübündə 11,8 faiz artım qeydə alıb.

Beləliklə, 2011-ci ildən bəri ən sürətli artım göstəricisi reallaşıb. İlin ikinci rübündə neftin qiymətinin və neft hasilatının artmasının töhfəsi əhəmiyyətli olmuşdur.

Ölkədə əsas məşğulluq mənbəyi kimi tanınan neft istisna olmaqla ümumi daxili məhsul eyni dövrdə 5,4 faiz artıb. Neft iqtisadiyyatı da ilin ikinci rübündə 23,1 faiz artıb.

Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan neft iqtisadiyyatının bu il 19 faiz artacağını gözlədiklərini bildirib.

Artımda reallaşan performans məşğulluq məlumatlarında da öz əksini tapmışdır. Səudiyyə Ərəbistanı vətəndaşları arasında işsizlik 2008-ci ildən bəri ən aşağı səviyyədədir.

Müəllif:Aynur Qəniyeva