DÜNYA

01 Avqust

O, indi Asiyanın ən zəngin qadınıdır

Çində ipoteka boykotu daşınmaz əmlak şirkətlərinə təzyiq göstərdiyi halda, bu şirkətlərin aktivlərini əlində saxlayan iş adamlarının sərvəti də əriyib.

"Fins.az" xəbər verir ki, boykotdan əvvəl Asiyanın ən zəngin qadını olan çinli Yang Huiyan, hindistanlı Savitri Jindal ilə əvəz olundu.
Çində daşınmaz əmlak sənayesində baş verən son fırtına Asiyanın ən varlı qadınlarının reytinqini dəyişib.

Cümə gününə olan məlumata görə, hindistanlı Savitri Jindal, Bloomberg Milyarderlər İndeksində çinli Yang Huiyan-ı geridə qoyaraq Asiyanın ən zəngin qadını oldu.

Cindalın 11,3 milyard dollar sərvəti metal və enerji kimi müxtəlif iş sahələrində fəaliyyət göstərən Jindal Group-a əsaslanır. Hindistanlı Cindal ölkəsinin 10-cu ən zəngin adamıdır. Cindal biznesi 2005-ci ildə holdinqin qurucusu O.P.Jindalın həyat yoldaşı helikopter qəzasında həlak olduqdan sonra götürüb.

Sərvəti daşınmaz əmlak sektorundakı fəaliyyətlərə əsaslanan Çinli Yangın sərvəti, səhmlərinin yüzdə 60-ına sahib olduğu Çinin ən böyük daşınmaz əmlak şirkəti Country Garden-in azalmasının da təsiri ilə 11 milyard dollara çatıb.

Müəllif:Aynur Qəniyeva