DÜNYA

15 İyul

Ərdoğan: İnflyasiya təkcə bizim deyil, bütün dünyanın problemidir

Prezident Ərdoğan, 15 iyul xain çevriliş cəhdinin 6-cı ildönümü ilə bağlı açıqlamasında “Türkiyə tarixi indi demokratiyamızın yetkinliyini və gücünü sübut etmək baxımından 15 iyuldan əvvəl və sonra iki dövr də araşdırılacaq.

"Fins.az" xəbər verir ki,  Ərdoğan həmçinin, "Qlobal əmtəə qiymətlərinin, xüsusilə pandemiya və müharibə şərtlərinin tətiklədiyi enerji qiymətlərində həddindən artıq artımın sürətləndirdiyi inflyasiya təkcə bizim deyil, bütün dünyanın problemidir. İnşallah, bu iqtisadi talatümlərdən ilk çıxan ölkələrdən biri olacağıq,"-deyə bildirib.

Prezident Ərdoğan siyasi və diplomatik sahədə həyata keçirdikləri işlər, bağladıqları razılaşmalar və tutduqları mövqelərlə yeni strategiyalarının legitimliyini gücləndirdiklərini, çevrilişlərə yol açan zəifliklərdən xilas olduqlarını bildirib.

Türkiyə iqtisadiyyatını məhv etməyə yönəlmiş tələləri bir-bir aradan qaldıraraq hədəflərindən uzaqlaşdırılmalarına imkan vermədiklərini bildirən Ərdoğan qlobal və regional böhranları ölkə üçün fürsətə çevirmək üçün var gücləri ilə çalışdıqlarını vurğulayıb.

Müəllif: Aynur Qəniyeva