DÜNYA

15 İyul

Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Kanada Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yeni sanksiyalar neft-qaz və sənaye sahələrinə aiddir. Belə ki, bu sahədə əvvəllər qəbul olunmuş sanksiyalar genişləndirilib.

Sanksiyalara görə, Kanada vətəndaşlarına və şirkətlərinə Rusiyanın fiziki şəxslərinə qara metallurgiya, hazır metal məmulatlarının istehsalı, kompüter, elektronika, optika, elektrik avadanlıqları və nəqliyyat vasitələri bağlı sənayə xidmətlərinin göstərilməsi qadağan edilib.