DÜNYA

14 İyul

Yellen: ABŞ-da inflyasiya qəbuledilməz dərəcədə yüksəkdir

ABŞ maliyyə naziri Janet Yellen ABŞ-da inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu və Bayden hökumətinin prioritetinin inflyasiyanı azaltmaq olduğunu bildirib.
"Fins.az" xəbər verir ki, ABŞ-ın maliyyə naziri Janet Yellen bildirib ki, hazırda qlobal iqtisadiyyat üçün ən böyük təhlükə Rusiya-Ukrayna müharibəsidir.

"Fins.az" xəbər verir ki, Yellen G20 maliyyə nazirlərinin İndoneziyada keçirilən toplantısından əvvəl açıqlama verib. Bu gün ən böyük problemin Rusiya olduğunu bildirən Yellen, müharibənin mənfi təsirlərinin bütün dünyada xüsusilə yüksək enerji qiymətləri və ərzaq təhlükəsizliyi baxımından hiss olunduğunu qeyd edib.

Müharibənin iqtisadi və humanitar nəticələrinin beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilməli olduğunu qeyd edən Yellen G20 toplantısında Rusiyanın yeri olmadığını bildirib.

Yellen həmçinin ABŞ-da inflyasiyanın qəbuledilməz dərəcədə yüksək olduğunu və inflyasiyanın azaldılmasının Co Bayden hökuməti üçün əsas prioritet olduğunu bildirib. Yellen hökumətin FED-in qiymətlərə nəzarət etmək üçün atdığı addımları dəstəklədiyini də vurğulayıb.