DÜNYA

14 İyul

Elon Musk Gürcüstanda şirkət açır: Starlink Georgia üçün müraciət edilib

Elon Maskın SpaceX şirkəti Gürcüstanı peyk interneti təmin edəcək ilk pilot ölkələrdən biri hesab edir.

"Fins.az" xəbər verir ki,bu barədə Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi (GITA) elan edir.

Məlumata görə, SpaceX Gürcüstanın internetləşmə prosesinə maraq göstərib. O, Gürcüstanın və gürcü xalqının gələcək planlarında iştirakını nəzərdən keçirir”, -deyə GITA-nın dərc etdiyi press-relizdə deyilir.

Bildirilir ki,iqtisadiyyat nazirinin müavini İrakli Nadareişvili, GITA-nın sədri Avtandil Kasradze və Gürcüstanın San-Fransiskodakı baş konsulu Levan Beridze SpaceX rəsmiləri, o cümlədən onun ABŞ-dakı əsas investorlarından biri Bill Reyxert ilə görüşdə gələcək əməkdaşlığın detallarını müzakirə ediblər.

Müəllif: Aynur Qəniyeva