DÜNYA

14 İyul

İyun ayında ABŞ büdcəsində 89 milyard dollar kəsir yaranıb

İyun ayında ABŞ federal hökumətinin büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə təxminən 49% azalaraq 89 milyard dollar təşkil edib.
"Fins.az" xəbər verir  ki,ABŞ Maliyyə Nazirliyi iyun ayı üçün büdcə balansı hesabatını açıqlayıb.

Məlumata görə,buna görə, 1 oktyabr 2021-ci ildə başlayan və 30 sentyabr 2022-ci ildə sona çatacaq 2022-ci maliyyə ilinin iyun ayında federal hökumətin büdcə kəsiri 89 milyard dollar olaraq hesablanıb.

Ötən ilin eyni ayında federal hökumətin büdcə kəsiri 174 milyard dollar olub. Belə ki, büdcə kəsiri iyun ayında əvvəlki ilin eyni ayına nisbətən təxminən 49% azalıb.

Bu dövrdə büdcə tarazlığı ilə bağlı bazar gözləntisi iyun ayında büdcənin 76,5 milyard dollar kəsir olacağı idi.

2022-ci maliyyə ilinin doqquzuncu ayı olan iyun ayına olan məlumata görə, ölkənin ümumi büdcə kəsiri 515 milyard dollara çatıb. Sözügedən kəsir ötən ilin eyni dövründə 2,2 trilyon dollar səviyyəsində olub.

Müəllif: Aynur Qəniyeva