Çin prezidenti Xi Jinping, ölkə iqtisadiyyatının son vaxtlar həyata keçirilən epidemiya tədbirlərindən zərər görsə də, hədəflərə çatmaq üçün müəyyən edilmiş makro siyasətdə düzəlişlər ediləcəyini bildirib.
BRİKS-in onlayn biznes forumunda çıxış edən Si Cinpin bildirib ki, Kovid-19-un təsirlərini minimuma endirmək və sosial və iqtisadi məqsədlərə nail olmaq üçün makro siyasət gücləndiriləcək və daha təsirli tədbirlər uyğunlaşdırılacaq.
Xi-nin bəyanatları aprel ayında qoyulan hədəflərdən sonra bu səviyyədə edilən ilk açıqlama olub.Rəsmi hədəf bu il ölkə iqtisadiyyatının 5,5 faiz artmasıdır.
Lakin iqtisadçılar son pandemiya tədbirlərinin təsiri ilə bu hədəfə çatmayacağı qənaətindədirlər. Bloomberg-in sorğusunda iştirak edən iqtisadçılar Çinin 2022-ci il iqtisadi böyüməsi ilə bağlı proqnozlarını 40 bənd azaldaraq 4,1 faizə endiriblər. İqtisadçılar ikinci rübdə əvvəlki rüblə müqayisədə azalma proqnozlaşdırırdılar.
Bir çox Wall Street bankları da Çin iqtisadiyyatı üçün artım proqnozlarını aşağı salmışdı.
Xi çıxışında Çinin Kovid-19 ilə mübarizədəki mövqeyi ilə bağlı da qiymətləndirmələr aparıb. Xi bildirib ki, Çinin pandemiya ilə mübarizəyə yanaşması təkcə insanların həyatını və sağlamlığını qorumaq deyil, həm də iqtisadi və sosial inkişafın əsaslarını mümkün qədər tarazlaşdırmaqdır.