Teslanın rəhbəri Elon Musk Qətər İqtisadi Forumunda ABŞ-da tənəzzül ehtimalının yüksək olduğunu bildirib və Tesla-nın yaxın 3 ayda maaşlı işçi qüvvəsini 10% azaldacağını açıqlayıb. "Fins.az" xəbər verir ki,Reuters daha əvvəl Tesla işçilərinin 10 faizinin işdən çıxarılacağını bildirmişdi.
Məlumata görə,məşhur milyarder İlon Mask ABŞ iqtisadiyyatında inflyasiyanın və artan faizlərin mümkün təsirlərini dəyərləndirərək, “Bir anda tənəzzül qaçılmazdır və bunun yaxın gələcəkdə baş vermə ehtimalı daha yüksəkdir. Ona görə də dəqiq demək düzgün olmazdı, amma deyə bilərik ki, bunun baş vermə ehtimalı daha çoxdur,"-deyə bildirib.
Mövcud iqtisadi vəziyyətin avtomobil istehsalçısına təsirlərinə toxunan Mask qeyd edib ki, Tesla qarşıdakı üç ayda maaşlı işçi qüvvəsini təxminən 10% azaldacaq. Biz maaşlı işçilər tərəfində çox sürətlə böyüdük, lazım olanda bəzi sahələrdə sürətli artıma nail olduq.
Müəllif:Aynur Qəniyeva