ABŞ-ın maliyyə naziri Janet Yellen Rusiya neftinə qiymət limitinin qoyulması üçün müttəfiqlərlə danışıqlar apardığını açıqlayıb.
"Fins.az" xəbər verir ki, ABŞ-ın maliyyə naziri Janet Yellen Kanada və digər müttəfiqləri ilə Rusiyanın enerji gəlirlərini aşağı gəlirli ölkələrə təsir etmədən məhdudlaşdırmaq üçün Rusiyanın neft qiymətlərinə məhdudiyyət qoyulması ilə bağlı danışıqlar apardığını bildirib.
Kanadanın Toronto şəhərində jurnalistlərə açıqlama verən Yellen, Putinin gəlirlərini sıxışdırmaq və Rusiya neftinin qiymətini aşağı salmaq üçün Avropa, ABŞ, Böyük Britaniya və digər ölkələrin enerji sanksiyalarını gücləndirəcək qiymət limitləri və ya istisnalarla bağlı danışıqlar apardıqlarını bildirib. Yellen vurğulayıb ki, bunu etməklə yanaşı, qlobal bazarlara daha çox neft tədarükünə də imkan verəcək.