Qətər ölkənin şimal-şərqindəki təbii qaz yatağının genişləndirilməsi üçün ABŞ-ın enerji şirkəti ConocoPhillips ilə müqavilə imzaladığını açıqlayıb.
"Fins.az" xəbər verir ki, Qətər Enerji Şirkətindən açıqlanan yazılı məlumatda İtaliyanın ENI və Fransanın Total şirkətlərindən sonra ölkədəki təbii qaz yatağının genişləndirilməsi üçün ABŞ-dan ConocoPhillips ilə ortaqlığın inkişaf etdirildiyi açıqlanıb.
Layihənin dəyərinin 28 milyard 750 milyon dollar olduğu bildirilən açıqlamada Qatar Energy Company-nin layihədəki payının 75 faiz, ConocoPhillips-in payının isə 25 faiz olduğu qeyd edilib.
Təbii qaz yatağının genişləndirilməsi layihəsi haqqında məlumat verən Qətərin energetika üzrə dövlət naziri Saad bin Şəridə əl-Kabi, layihə ilə Qətərin illik mayeləşdirilmiş təbii qaz (LNG) istehsal gücünün 77 milyon ton olacağını bildirdi. 2026-cı ilə qədər 110 milyon tona çatdırılacaq.
Qətərin LNG istehsalının 80%-nin Asiyaya ixrac edildiyini qeyd edən Kabi əlavə istehsalla daha çox LNG-nin Avropaya ixrac ediləcəyinə diqqət çəkib.