DÜNYA

15 İyun

Fransada inflyasiya rekord həddə çatdı

Fransada ötən ay illik inflyasiya səviyyəsi 5,2%-ə çatıb. Bu, 1985-ci ildən bəri ən yüksək göstəricidir.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Məlumata görə, bu dövrdə ölkədə enerji qiymətləri 27,8%, xidmətlər 3,2%, ərzaq qiymətləri 4,3%, digər məhsulların qiymətləri isə 3% bahalaşıb.