DÜNYA

09 İyun

Bayden Latın Amerikası iqtisadi planını açıqlayıb

ABŞ prezidenti Co Bayden Latın Amerikası ölkələri ilə görüşündə Çinin regionda artan təsirini azaltmsq üçün yeni iqtisadi əməkdaşlıq təklifini açıqlayıb.

"Fins.az" xəbər verir ki,  ABŞ prezidenti Co Bayden Çinin Latın Amerikası ölkələri ilə artan təsirini azaltmaq məqsədi ilə başladığı və dəvət edilən ölkələr siyahısına görə fikir ayrılığına səbəb olan görüşdə yeni iqtisadi əməkdaşlıq təklifi irəli sürüb.

Los-Ancelesdə keçirilən Amerika Sammitində Bayden administrasiyası Birləşmiş Ştatların cənubdakı iqtisadi cəhətdən zəif qonşularına öz iradəsini diktə edəcəyi ilə bağlı narahatlıqlara baxmayaraq, bölgəyə sadiqliyini təmin etməyə çalışıb.