DÜNYA

09 İyun

BMT: Dünya indiyə qədər ən ciddi iqtisadi böhranın astanasındadır

Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, dünya Ukrayna müharibəsi səbəbindən qida və enerji sahəsində indiyə qədər görülməmiş ən ciddi iqtisadi böhranın astanasındadır.
"Fins.az" xəbər verir ki, BMT Rusiyanın Ukraynaya qarşı müharibəsinin ərzaq, enerji və maliyyə sistemlərinə təsiri ilə bağlı yeni hesabat yayıb.

Hesabata görə, 94 ölkədə 1,6 milyard insan Ukrayna müharibəsinin fəsadları ilə üzləşib və ərzaq və neft qiymətlərinin artması ilə mübarizə aparır.

Hesabatda dünyanın Ukrayna müharibəsi səbəbindən qida və enerji sahəsində indiyə qədər görülməmiş ən ciddi iqtisadi böhranın astanasında olduğu vurğulanıb.

Hesabatla bağlı BMT Baş Qərargahında jurnalistlərə açıqlama verən BMT-nin Baş katibi Antonio Quterreş, "Müharibənin ərzaq təhlükəsizliyi, enerji və maliyyəyə təsiri sistemli, şiddətlidir və sürətlənir. Müharibə misli görünməmiş aclıq və yoxsulluq, sosial və iqtisadi xaos gətirir, "-deyə bildirib.