DÜNYA

08 İyun

Qlobal iqtisadi böyümə zəifləyə bilər

Dünya Bankının "Qlobal İqtisadi Perspektivlər Hesabatı"-nın iyun sayında kovid-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin təsirləri səbəbindən bu il üçün qlobal iqtisadi artım proqnozunu 4.1%-dən 2.9%-ə endirib. Hesabatda staqflyasiya riskinin artdığı və bir çox ölkələr üçün tənəzzüldən qaçmağın çətin olacağı barədə xəbərdarlıq edilib.