Şimali Koreyanın raket sınağından sonra Yaponiya və ABŞ hərbi təlimlər keçirib.
"Fins.az" xəbər verir ki, təlimdə Chitose bazasından Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə 4 F-15 və Misawa bazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 təyyarəsi qatılıb.
Məlumata görə, Yaponiya və ABŞ həftə sonu Şimali Koreyanın raket sınaqlarından sonra Yapon dənizində (Şərq dənizi) döyüş təyyarələri ilə təlimlər keçirib.
Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Yaponiya və ABŞ həftə sonu Pxenyanın 8 qısa mənzilli ballistik raket atmasına cavab olaraq hərbi təlim keçirib.
Təlimdə “Yaponiya və ABŞ-ın istənilən vəziyyətə müdaxilə etmək üçün güclü istəyi” və “ikitərəfli müttəfiqliklərini gücləndirmək üçün sıx əməkdaşlığa” diqqəti cəlb etdiyini vurğulanıb.
Sonuncu hərbi təlim ABŞ və Yaponiyanın son iki həftədə təşkil etdiyi ikinci hərbi təlim kimi qeydə alınıb.
Qeyd edək ki, mayın 25-də Şimali Koreya biri qitələrarası olmaqla 3 ballistik raketi sınaqdan keçirərkən iki ölkə oxşar hərbi təlim keçirib.İyunun 5-də keçirdiyi son sınaqla Şimali Koreya 2022-ci ilin əvvəlindən 17-ci raket sınağını həyata keçirib.