Kremlin sözçüsü Dmitriy Peskov, Ukraynanın Odessa limanından taxıl ixracatını davam etdirə bilməsi üçün bölgənin minalardan təmizlənməsi lazım olduğunu bildirib və "Bu proseslə bağlı konkret razılaşma yoxdur" deyib.
"Fins.az" xarici mətbuata istinadən xəbər verir ki, Kremldən verilən açıqlamada “(Odessadan taxıl ixracı) Proseslə bağlı konkret razılaşma yoxdur”.
Kremlin sözçüsü Dmitriy Peskov, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, Odessadan taxıl ixracının bərpası prosesi barədə fikirlərini bölüşüb.
Rusiya prezidenti Vladimir Putinin sözügedən proseslə bağlı müxtəlif açıqlamalar verdiyini xatırladan Peskov, “Putin, Ukraynanın limanların ətrafındakı minaları təmizləməli olduğunu tapşırıpb.Bu yolla qanunsuz silah daşımaları üçün nəzarətimiz altında olan gəmilər limana daxil olaraq taxıl yükləyə biləcəklər. Bu proseslə bağlı konkret razılaşma yoxdur,"-deyə qeyd edib.
Odessadan çıxan gəmilərin beynəlxalq sulara çıxması üçün də dəstək verə biləcəklərini bildirən Peskov, proses üçün təqvimin müəyyən edilmədiyini deyib.