Belarusun qızıl-valyuta ehtiyatları may ayında 4,5% azalaraq iyunun 1-nə 7,4 milyard dollar təşkil edib.
"Belarus Respublikasının beynəlxalq ehtiyat aktivləri 2022-ci il iyunun 1-nə 7 milyard 409,6 milyon dollar təşkil edib. 2022-ci ilin may ayında qızıl-valyuta ehtiyatları apreldə artımdan sonra 351,5 milyon dollar (4,5 faiz) azalıb”, - Belarus Milli Bankının açıqlamasında bildirilir.
Bankı mətbuat xidməti qeyd edib ki, may ayında beynəlxalq ehtiyat aktivlərinin azalması, əsasən, hökumət tərəfindən 135 milyon dollara yaxın xarici valyutada xarici və daxili öhdəliklərin ödənilməsilə bağlı olub. Bundan başqa, qızıl və xarici valyutanın yenidən qiymətləndirilməsi ehtiyatlara azaldıcı təsir göstərib.
Belarusun 2022-ci il üçün pul siyasətinin əsas istiqamətlərinə əsasən, 2023-cü il yanvarın 1-nə beynəlxalq ehtiyat aktivlərinin həcmi ən azı 7 milyard dollar olmalıdır.