DÜNYA

07 İyun

Rusiyadan 61 ABŞ vətəndaşına sanksiya - Nazirlər də var

Rusiya Xarici İşlər Nazirliyi maliyyə və energetika nazirləri də daxil olmaqla, daha 61 ABŞ vətəndaşını “stop siyahısı”na əlavə edib.

“Fins.az” xəbər verir ki, bu barədə Rusiya XİN-nin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, amerikalılara qarşı şəxsi sanksiyaların genişləndirilməsi ABŞ-ın mütəmadi olaraq Rusiyanın siyasi və ictimai xadimlərinə, eləcə də biznes nümayəndələrinə qarşı tətbiq etdiyi məhdudiyyətlərə cavabdır.

“Stop siyahısında aparıcı hərbi-sənaye kompleksi korporasiyalarının, media platformalarının və reytinq agentliklərinin, aviasiya və gəmiqayırma şirkətlərinin rəhbərləri, habelə “zərərli” Rusiya kiberhücumları barədə məlumatların hazırlanmasında iştirak edən ABŞ Dövlət Departamentinin ayrı-ayrı rəsmiləri arasından 61 Amerika vətəndaşı var”, - açıqlamada qeyd olunub.

Açıqlanan siyahıya energetika naziri Cennifer Qranholm, maliyyə naziri Canet Yellen, "Fitch" qrupunun prezidenti Pol Teylor və “Moody's”in baş icraçı direktoru Rob Fauber və başqaları daxildir.