DÜNYA

06 İyun

Mask Tesla-da işçilərin sayını artıracaq

Tesla-nın CEO-su Elon Maskın yaxın 12 ay ərzində şirkətdə saatlıq işçilərin sayını artıracağı, lakin maaşlı işçilərin sayında çox az dəyişiklik olacağı gözlənilir.
"Fins.az" xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın CEO-su Elon Musk, cümə günü şirkətin işçilərinin sayını təxminən 10 faiz azaltması lazım olduğuna dair e-poçt paylaşdıqdan sonra işdən çıxarmaqdan imtina edib.

Əldə edilən məlumata görə, Maskın yaxın 12 ayda Tesla-da çalışan saatlıq işçilərin sayını artıracağını, lakin maaşlı işçilərin sayında az dəyişiklik edəcəyini dediyi məlumdur.

Cümə günü şirkət rəhbərlərinə göndərilən "Dünyada bütün işə qəbulu dayandırın" başlıqlı e-poçtda Mask, "İqtisadiyyatla bağlı çox pis meyillər hiss edirəm" deyə qeyd etmişdi..

Qeyd edək ki, 2021-ci ilin sonuna olan məlumatlara görə, Tesla-da təxminən 100 min insan işləyir.