DÜNYA

03 İyun

Cənubi Koreya şirkətləri BƏƏ-də 1 milyard dollar dəyərində yaşıl hidrogen zavodu tikəcək

Cənubi Koreyanın üç şirkəti Birləşmiş Ərəb Əmirliklərində 1 milyard dollar dəyərində yaşıl hidrogen və ammonyak istehsalı zavodu tikmək üçün müqavilə imzalayıblar.

"Fins.az" xəbər verir ki, Korea Electric Power Corporation, Samsung CT Corporation və Korea Western Power, BƏƏ-nin Petrolyn Chemie şirkəti ilə birgə ildə 200.000 tona qədər yaşıl hidrogen istehsal edə biləcək zavod tikəcək, 

Zavod paytaxt Əbu-Dabi yaxınlığındakı KIZAD Sənaye Məhəlləsində iki mərhələdə tikiləcək, birinci faza 35.000 ton istehsal edəcək, ikinci faza layihəni tam miqyasda həyata keçirəcək.