DÜNYA

03 İyun

Elon Musk: Tesla işçilərinin sayını 10 faiz azaltmalıdır

ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla şirkətinin baş direktoru Elon Mask dünən şirkətin rəhbərlərinə elektron məktub göndərərək şirkətin işçilərinin sayını təxminən 10% azaltmağı bildirib.
"Fins.az" xəbər verir ki, şirkət rəhbərlərinə göndərdiyi “Dünyada bütün işə götürmələri dayandırın” başlıqlı e-poçtda Musk, “Mən iqtisadiyyatla bağlı çox pis meyillər hiss edirəm” deyə bildrib.

Tesla hələlik mövzu ilə bağlı suallara cavab verməyib.

Milyarder Mask bu həftə bütün Tesla işçilərinə e-poçt ünvanında "Uzaqdan işləmək artıq qəbuledilməzdir" deyə və işçilərin həftədə ən azı 40 saat ofisdə vaxt keçirmələri lazım olduğunu əlavə edib.

Tesla-nın təxminən 100.000 işçisi var. Şirkətin səhmləri ABŞ-da açılış öncəsi ticarətdə 3 %-ə yaxın ucuzlaşıb.

Bu yaxınlarda JPMorgan Chase-in baş direktoru Ceymi Dimon və Goldman Sachs-ın prezidenti Con Valdron da iqtisadi perspektivlə bağlı bədbin proqnozlar vermişdilər. Dimon "qasırğaya hazır olun" xəbərdarlığını etmişdi.