DÜNYA

01 İyun

Bayden: Mən Ukraynaya müasir raket sistemləri göndərmək qərarına gəldim

ABŞ prezidenti Co Bayden “New York Times” üçün yazdığı məqalədə Rusiya ilə müharibədə istifadə edilmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb.

"Fins.az" -ın məlumatına görə, Baydenin Ukraynaya yeni 700 milyon dollarlıq hərbi yardım paketini açıqlayacağı da bildirilib.
ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb.

Bayden “Nyu York Tayms” üçün “Amerikanın Ukraynada etdiyi və edilməyəcəyi şeylər” adlı məqalə yazıb.Baydenin Ukrayna üçün 700 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacağı və bu paket çərçivəsində "Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS)" adlı raket sistemini Ukraynaya göndərəcəyi bildirilir.

Rusiya-Ukrayna müharibəsinin dördüncü ayına girdiyinə işarə edən Bayden, "Ukrayna xalqı cəbhədəki fədakarlıqları, mətanəti və uğurları ilə Rusiyanı təəccübləndirdi və bütün dünyanı ruhlandırdı"-deyə qeyd edib.