DÜNYA

31 May

Rusiya, rublla ödəməkdən imtina etdiyi üçün Hollandiyaya qaz nəqlini kəsdi

Rusiyanın "Qazprom" şirkəti Hollandiyaya qaz nəqlini ölkənin rublla ödəməkdən imtina etməsi səbəbindən dayandırıb.

"Qazprom" şirkəti rublla ödəniş edilmədiyinə görə "GasTerra B.V"yə (Hollandiya) qaz tədarükünü tamamilə dayandırıb”- məlumatda bildirilir.

Xəbər verdiyimiz kimi, Hollandiyanın "GasTerra" şirkəti Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib.

Rusiya prezidenti aprelin 1-dən qaza görə ödənişin rubla keçirilməsi barədə göstəriş verib.

Rusiya, rublla ödəməkdən imtina etdiyi üçün Hollandiyaya qaz nəqlini kəsdi.