DÜNYA

31 May

Türkiyə iqtisadiyyatı 7 %-dən çox böyüyüb

Bu ilin I rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,3 % artıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati özünün tviter səhifəsində yazıb.

O bildirib ki, 2021-ci ilin əvvəlindən başlayan artım I rübdə də davam edib: “Eyni dövrdə daxili tələbin artıma töhfəsi 3,9 faiz bəndi, xalis xarici tələbin töhfəsi isə 3,5 faiz bəndi olub. İstehsal gücümüzü gücləndirmək baxımından əhəmiyyətli olan maşın və avadanlığa yatırılan investisiyalar 10,5 % artımla on rüblük artmını davam etdirib.”