DÜNYA

31 May

Avstriyada inflyasiya 47 illik maksimuma çata bilər

May ayının yekunlarına əsasən, Avstriyada inflyasiya 1975-ci ilin sentyabrından sonra maksimum həddə çata bilər.

Fins.az xəbər verir ki, bu barədə “Statistik Austria” Federal Statistik İdarəsinin ilkin məlumatlarında deyilir.

Məlumata görə, ölkədə inflyasiya səviyyəsi 8% təşkil edib. Ötən ayla müqayisədə qiymət artımının 1,1% təşkil edəcəyi gözlənilir.