DÜNYA

31 May

Qazprom bu ölkənin qazını kəsir

"Qazprom" Hollandiyanın GasTerra şirkətinə qaz tədarükünü tamamilə kəsdiyini açıqlayıb.

"Fins.az" xəbər verir ki,  Rusiyanın enerji şirkəti "Qazprom" Hollandiyaya qaz nəqlinin tamamilə dayandırıldığını bildirib.

“Qazprom”dan verilən yazılı açıqlamada Hollandiyanın qaz şirkəti GasTerra-nın Rusiya qazı daşımaları üçün rublla lazımi ödənişi etmədiyi bildirilib.

Rusiya qazı üçün ödənişlərin aprelin 1-dən rublla edilməsi lazım olduğuna diqqət cəlb edilərək 31 may tarixindən etibarən sözügedən ödənişi həyata keçirməyən Hollandiyaya qaz nəqlinin tamamilə dayandırıldığı qeyd edilib.

Bazar ertəsi GasTerra tərəfindən verilən açıqlamada Qazprom, cari müqavilə tarixinin bitdiyi 31 May və 1 oktyabr tarixləri arasında tədarükün dayandırılmasının 2 milyard kubmetr təbii qazın alınmayacağı anlamına gəldiyini deyib.

Qazprom daha əvvəl rublla ödəniş etmədiklərini əsas gətirərək Polşa, Bolqarıstan və Finlandiyaya təbii qaz nəqlini dayandırmışdı.