DÜNYA

26 May

Rusiya MN Ukrayna tərəfinin verdiyi itkiləri açıqlayıb

Ötən sutka ərzində yüksək dəqiqlikli hava bazalı raketlərlə Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 48 ərazi, iki artilleriya batareyası, “DXR”-in Nikolayevka və Berestovoe rayonlarında iki silah-sursat anbarı vurulub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Nikolaev vilayətinin Dneprovskoe yaşayış məntəqəsi ərazisində Ukrayna elektron kəşfiyyat Mərkəzi, o cümlədən döyüş ekipajının 11 hərbi qulluqçusu, habelə mühafizə ilə gələn 15 xarici mühəndis-istehkam heyəti məhv edilib: “Bundan əlavə, Donetskin Nikolayevka yaşayış məntəqəsi ərazisində, Osa-AKM zenit-raket kompleksinin buraxılış qurğusu və Xarkov vilayətinin Çuquyev rayonunda S-300 zenit-raket kompleksinin işıqlandırılması və yönləndirilməsi üçün radar məhv edilib.

Rusiyanın operativ-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 49 ərazini, iki minaatan heyətini, həmçinin raket və artilleriya silahları və sursat anbarını vurub. Ümumilikdə, hava zərbələri nəticəsində 350-dən çox millətçi öldürülüb, 96 ədəd silah və hərbi texnika sıradan çıxarılıb.

Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin Qusarovka yaşayış məntəqəsi üzərində Ukraynaya məxsus bir Mi-24 helikopterini vurub. Odessa vilayətinin Kremidovka rayonunda Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus döyüş sursatı və silah-sursat daşıyan hərbi-nəqliyyat təyyarəsi də havada vurulub.

Bundan əlavə, ötən sutka ərzində Ukraynanın 13 pilotsuz uçuş aparatı, o cümlədən Sovet istehsalı olan iki Tu-143 reaktiv təyyarəsi Luqanskın Melovatka yaşayış məntəqəsi ərazisində vurulub”, deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov müharibə başlayandan indiyədək Ukrayna tərəfinin hərbi itkilərini də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 179 təyyarə, 127 helikopter, 1019 pilotsuz uçuş aparatı, 323 zenit-raket kompleksi, 3266 tank və digər zirehli döyüş texnikası, 433 reaktiv yaylım atəşi sistemi, 1682 səhra artilleriya və minaatan, o cümlədən 3190 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.