DÜNYA

26 May

Makron Ərdoğanla telefonla danışmaq niyyətindədir

Fransa prezidenti Emmanuel Makron türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışmaq niyyətindədir.

Bu barədə "France-Presse" agentliyi xəbər verib.

Məlumata əsasən, danışıq Paris vaxtı ilə saat 11:30-da baş tutacaq.

Qeyd olunub ki, telefon danışığın mövzularından biri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı mövqeyi ola bilər.