Tviter sosial şəbəkəsinin təsisçisi Cek Dorsi şirkətin direktorlar şurasını tərk edib.
Fins.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Onun sözlərinə görə, qərar mayın 25-dən qüvvəyə minir.
2021-ci ilin payızında sosial şəbəkənin yaradıcısı Tviterin baş direktoru vəzifəsini tərk edərək, şirkətin səhmdarlarının növbəti iclasına qədər direktorlar şurasındakı üzvlüyünü saxlayacağını bildirib.
Dorsinin gələcək planları açıqlanmır.