DÜNYA

25 May

Avropada ən çox satılan smartfon markası açıqlanıb

2022-ci ilin birinci rübündə Avropa ölkələrində ən populyar smartfon markalrının siyahısına Samsung, Apple və Xiaomi başçılıq edib.

Bu barədə "Canalys" analitik şirkətin məlumatında bildirilir.

Qeyd olunur ki, adıçəkilən markaların payına bazarın 76%-i düşüb.

Belə ki, "Samsung" hesabat dövründə 14,6 milyon smartfon satıb. İkinci yerdə 8,9 milyon cihaz satan "Apple" gəlir, ən populyar markalar arasında 3-cü yeri tutan "Xiaomi" 8,2 milyon smartfon satıb.

2022-ci ilin ilk kvartalında avropada 41,7 milyon smartfon satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 milyon cihaz azdır.