DÜNYA

25 May

Dünya Bankı: Qlobal karbon qiymətləri rekord gəlir gətirir

Dünya Bankı, qlobal karbon qiymətindən əldə edilən gəlirin 2021-ci ildə əvvəlki illə müqayisədə təxminən 60% artaraq rekord həddə 84 milyard dollara çatdığını açıqlayıb. 

"Fins.az" xəbər verir ki, bank "Karbon Qiymətləndirməsinin Vəziyyəti və Trendləri" adlı illik hesabatını dərc edib.

Dünyada karbon qiymətləri ilə bağlı inkişafların açıqlandığı hesabatda, 36-sı karbon vergisi və 32-si Emissiya Ticarət Sistemi olmaqla cəmi 68 birbaşa karbon qiymət alətinin fəaliyyətdə olduğu bildirilib.

Hesabatda qeyd olunub ki, qlobal karbon qiymətləri gəlirləri illik müqayisədə 60 faiz artaraq 2021-ci ildə 84 milyard dollara çatıb.

Dünya Bankının hesabatında vurğulanır ki, belə gəlir davamlı iqtisadi dirçəlişi dəstəkləmək, daha geniş maliyyə islahatlarını maliyyələşdirmək və ya aşağı karbonlu keçid gələcəyinin bir hissəsi kimi icmalara sərmayə qoymaq üçün mühüm resursdur.