Ukraynada benzin və dizel yanacağının orta pərakəndə satış qiymətləri son bir həftədə 22-30 faiz bahalaşıb.
A-92 markalı benzinin orta pərakəndə satış qiyməti litri 8,93 qrivna bahalaşaraq 48-49 qrivna olub. A-95 markalı benzin isə litri 11-12 qrivna bahalaşaraq 51-52 qrivna olub.
Bundan əlavə, dizel yanacağının pərakəndə satış qiyməti litri 56,49 qrivna, maye qazın pərakəndə satış qiymətləri 39,24 qrivna təşkil edib.
Ekspertlər Ukraynada yanacağın qiymətinin yenə də artacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Ukraynada benzin və dizel yanacağının qıtlığı müşahidə olunur.
© azertac