ABŞ prezidenti Co Baydenin Asiya səfəri ilə gündəmə gələn yeni Hind-Sakit Okean İqtisadi Çərçivəsinə yeni ölkələrin qatılacağı açıqlanıb. Dünya iqtisadiyyatının 40 %-ini əhatə edəcəyi gözlənilən çərçivəyə Çin dəvət edilməyib.
"Fins.az" xəbər verir ki, Bayden administrasiyası bir çox Hind-Sakit okean ölkəsinin Çinin bölgədəki təsirini cilovlamaq məqsədi daşıyan iqtisadi təşəbbüsə qoşulacağını açıqlayıb.
Ümumilikdə dünya iqtisadiyyatının 40 %-ini təşkil edən Hind-Sakit Okean İqtisadi Çərçivəsinin (IPEF) elanı Baydenin Asiya səfərinin nailiyyətlərindən biri kimi vurğulanır. Cənubi Koreya, Yeni Zelandiya, Avstraliya, Hindistan və Yaponiya ilə yanaşı yeddi Cənub-Şərqi Asiya ölkəsi də təşəbbüsə qoşulacaq.
Tokioda jurnalistlərə açıqlama verən ABŞ-ın ticarət naziri Gina Raimondo, "Əminəm ki, bu, ABŞ-ın iş dünyasına, xüsusən də bizneslərin getdikcə daha çox Çinə alternativ axtardığı bir mühitdə böyük fayda gətirəcək".