DÜNYA

23 May

Ukrayna MDB ilə daha üç sazişdən çıxdı

Ali Rada Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha üç sazişi denonsasiya edib.

Bununla da, Ukrayna qeyri-qanuni miqrasiya ilə mübarizə, ümumi kənd təsərrüfatı bazarı və Böyük Vətən Müharibəsinin xatirəsinə dair sazişlərdən çıxıb.

Qərarın Rusiyanın Ukraynaya hücumu ilə bağlı olduğu bildirlib.

Bununla belə, Ali Radanın spikeri Ruslan Stefançuk bildirib ki, Ukrayna Rusiya və Belarusla əvvəllər bağlanmış bütün razılaşmaları poza bilməz. Belə ki, onlardan bəziləri insan hüquqları sahəsini əhatə edir.

Mənbə: rbc.ua