“ABŞ ehtiyac yaranarsa, hərbi yolla Tayvanı müdafiə etməyə hazırdır”.
“Fins.az” “TASS”a istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.
“Bəli, bu, bizim üzərimizə götürdüyümüz öhdəliyimizdir”, - deyə Bayden sözügedən məsələ ilə bağlı jurnalistin sualına cavab verərkən söyləyib.
Qeyd edək ki, Bayden Tokioda ölkənin Baş naziri Fumio Kisida ilə danışıqlar aparıb.