DÜNYA

23 May

Hyundai ABŞ-a 10 milyard dollardan çox sərmayə qoyacaq

Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai ABŞ şirkətləri ilə qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirmək üçün 2025-ci ilə qədər bu ölkəyə 10 milyard dollardan çox sərmayə qoyacaq.
"Fins.az" xəbər verir ki, Hyundai Motor Company-nin baş direktoru Eusiun Chung, paytaxt Seulda ABŞ prezidenti Co Bayden ilə görüşdən sonra 5 milyard dollarlıq yeni investisiya planını açıqlayıb.

Corciya əyalətində təxminən 5,5 milyard dollarlıq yeni elektrikli avtomobil istehsalı müəssisəsi açacağını açıqlayan Hyundai-nin 2025-ci ilə qədər ABŞ-da yeni investisiyalarının 10 milyard dolları keçəcəyi gözlənilir.

Qeyd edilir ki, bu sərmayələr elektromobil istehsalı ilə yanaşı, robototexnika, şəhər hava hərəkətliliyi, avtonom idarəetmə və süni intellektə yönəldiləcək.

Bildirilir ki, Hyundai-nin Gürcüstanda açacağı fabrikdə təxminən 8100 nəfər işlə təmin olunacaq və müəssisə ildə 300 min elektrik avtomobili istehsal edəcək.