DÜNYA

19 May

Rusiya Portuqaliyanın 5 diplomatını \"arzuolunmaz şəxs\" elan edib

Rusiya Portuqaliyanın beş diplomatını "arzuolunmaz şəxs" elan edib.

Bu gün Portuqaliya səfiri Rusiya XİN-ə çağırılıb.

Səfirə Rusiya səfirliyinin 10 əməkdaşının ölkədən çıxarılması ilə bağlı etiraz təqdim edilib.

Rusiyanın cavab tədbiri olaraq Portuqaliya səfirliyinin beş əməkdaşı "arzuolunmaz şəxs" elan edilib. Onlara Rusiyanı tərk etmək üçün 14 gün vaxt verilib.

© APA