DÜNYA

18 May

Avropa İttifaqında inflyasiya 8,1%-ə çatıb

Avropa İttifaqında (Aİ) ötən ay illik inflyasiya 8,1%-ə çatıb.

Bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Məlumata görə, enerji qiymətlərinin artması səbəbilə illik inflyasiya artıb. Hesabata əsasən, Avrozonada ötən ay illik inflyasiya son 25 ilin maksimumun səviyyəsində - 7,4%-də qalıb.

Bu dövrdə inflyasiya Almaniyada 7,8%, Fransada 5,4%, İspaniyada 8,3%, İtaliyada 6,3%, Hollandiyada 11,2%, Belçikada 9,3%, Çexiyada 13,2%, Litvada 16,6% və Estoniyada 19,1% təşkil edib.