DÜNYA

18 May

Avropa İttifaqı ölkələrinin iyunda keçiriləcək sammitində Ukraynanın üzvlük müraciətinə baxılacaq

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları iyunda keçiriləcək sammitində Ukraynanın müraciətinə baxılacaq.

AZƏRTAC-ın Ukrayna KİV-lərinə istinadla verdiyi məlumata görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bildirib.

“Ukraynanın Avropa İttifaqına üzvlük müraciətinə Avropa Şurasının iyunda keçiriləcək iclasında baxılacaq”, - deyə Makron bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna artıq Avropa ailəsinin bir hissəsidir.