DÜNYA

13 May

Türkiyə vətəndaşlığını almaq üçün qaydalar dəyişib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə vətəndaşlığa müraciət şərtlərində edilən dəyişikliyi təsdiqləyib.

Məlumata əsasən, əcnəbilərin ölkə vətəndaşlığı ala bilməsi üçün lazım olan daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara yüksəldilib. Qərar bir ay sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla Türkiyədə vətəndaşlıq almaq üçün əmlak dəyəri 1 milyon dollardan 250 min dollara endirilmişdi.